Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Təkəri partlayan maşın qəza törətdi, iki nəfər ağır yaralandı -  LƏNKƏRANDA

  15
15:30 13-01-2019
Şriftin ölçüsünü dəyiş  

Ələt-Astara magistralının Lənkəran rayonu ərazisindən keçən hissəsində iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Paralel.az-ın "Report"a istinadən məlumatına görə, 1992-ci il təvəllüdlü Liman şəhər sakini Dadaşov Fuad Tahir oğlunun idarə etdiyi "Daewoo"markalı avtomobil idarəetməni itirərək sürücünün 1991-ci il təvəllüdlü həmyerlisi Qasımov Elməddin Natiq oğlunun sükanı arxasında olduğu "Prado"ya çırpılıb.

Boladi çayı üzərində baş verən qəza nəticəsində "Daewoo"nun sürücüsü F.Dadaşov və 1996-cı il təvəllüdlü sərnişini Rauf Hüseynov ağır bədən xəsarətləri alıb.

Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılan yaralılara kəllə-beyin travması və hər iki ayağın sınığı diaqnozu qoyularaq müvafiq tibbi yardımlar göstərilib. "Prado"nun sürücüsünə isə ambulator yardım göstərilib.

Hadisənin baş verməsinə səbəb kimi avtomobilin təkərin deşilməsi nəticəsində idarəetmədən çıxması göstərilir.

Faktla bağlı araşdırma aparılır.


Yazarlar