Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Azərbaycanda boşanma iddiası qaldıranların çoxu KİŞİLƏRDİR - SƏBƏB UTANCVERİCİDİR

  15
12:40 13-01-2019
Şriftin ölçüsünü dəyiş  

“Ailəli qadın əri evdə olmayanda...”

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi internetin inkişafı ilə əlaqədar olaraq, Azərbaycandakı tənha insanların sayının arta və internetin boşanma prosesinə olan təsirinin güclənə biləcəyindən narahatlığını bildirib.

 

Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri, hüquq üzrə fəlsəfə doktoru Elgün Səfərov Azərbaycanda internetin insanların həyatına, onların tənha qalmasına, eləcə də boşanmasına təsiri güclənəcəyini vurğulayıb.

 

BMT-nin statistik məlumatlarına əsasən, ABŞ, Fransa, Böyük Britaniya, Rusiya və Almaniyada bağlanan nikahların 35-45 faizi, Bolqarıstan, Türkiyə, Yunanıstan və Macarıstanda isə 25-28 faizi boşanma ilə nəticələnir.

 

Tanınmış vəkil Şəfiqə Nağyeva məsələ ilə bağlı Paralel.az-a deyib ki, hazırda Azərbaycanda boşanmaların sayı durmadan artır:

“Bu gün boşanmaq üçün müraciət edənlərin çoxu kişilərdir. Onların arasında gənc, orta, hətta yaşlı kişilər də var. Əsas səbəbdən də həyat yoldaşının telefona, sosial şəbəkələrə olan aludəliyidir. Əlinə telefon düşən qadın başlayır “Whatsapp”da, “Facebook”da başqa kişilərlə tanış olmağa, yazışmağa. Bu gün evi, ailəni dağıdan o qadınların yeni texnologiyadan düzgün istifadə etməmələrilə bağlıdır. Hətta bəziləri uşaqlarını da atıb həmin kişilə qaçır. Bir müddət sonra o kişi də ondan istədiyini alandan sonra qadın qalır ortalıqda. Hətta elələri var ki, əri evdə olmayanda yazışdığı kişiləri evinə çağırır, onunla münasibətdə olur. Lap əxlaqsızları var ki, bunu övladlarının gözünün qabağında edir. Belə dəhşətli məqama gəlib çıxmışıq”.

Vəkil bildirib ki, xəyanətlə iddia qaldıranların nikahlarının davam etməsinin tərəfdarı deyil:

“Qadın xəyanəti, ərini, övladlarını qoyub qaçan qadınla bağlı iddiaların tez bir zamanda həllinə çalışıram. Həll deyəndə onların barışdırılmasını nəzərdə tutmuram. Heç vaxt bu cür qadınların bağışlanmasını istəmirəm. Heç vaxt barışıq mövqeyini tutmuram, həyatım boyu da tutmayacam. Çalışıram ki, uşaqlar qadından alınıb atalarına verilsin. Bilirsiniz, baxdığım işlərdə bəzi qadınların başqa kişilərlə elə biabırçı mesajları üzə çıxır ki... Ağza alıb danışmaq belə olmur”.

 

Hüquqşünasın sözlərinə görə, xəyanət edən qadınlar arasında kifayət qədər təhsilli, savadlıları da var:

“Demək olmaz ki, bu qadınların hamısı cahildir. Onların bəziləri hətta oxumuş, iş sahibidirlər. Amma ağıl yoxdur. Ailəni, övladını düşünmədən xəaynətə sürüklənirlər”.


Yazarlar