Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Şirvanda ağır qəzada 3 nəfər yaralandı

  13
22:35 12-01-2019
Şriftin ölçüsünü dəyiş  

Şirvan şəhərində baş verən yol-nəqliyyat hadisəsi zamanı bir neçə nəfər xəsarət alıb. Paralel.az "Report"a istinadən xəbər verir ki, hadisə H.Əliyev prospektində qeydə alınıb.

“Mercedes” markalı, "99 KM 173" dövlət nömrə nişanlı avtomobillə "VAZ-21011" markalı, "54 BH 327" dövlət nömrə nişanlı avtomobilin toqquşması nəticəsində 3 nəfər, Şirvan sakinləri - 1970-ci il təvəllüdlü Füzuli İbrahimov, 1972-ci il təvəllüdlü Azər Şəmiyev, habelə 1984-cü il təvəllüdlü Qismət Əliyev xəsarət alıblar.

 

Yaralılar Şirvan şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib. F.İbrahimov, A.Şəmiyev xəstəxananın Reanimasiya şöbəsinə yerləşdirilib. Q.Əliyev isə ambulator yardım alaraq evə buraxılıb.

 

Faktla bağlı Şirvan Polis Şöbəsində araşdırma aparılır.

 

Daha əvvəl Şirvanda avtomobilin vurduğu piyada xəstəxanada ölüb.


Yazarlar