Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Tramp ABŞ hökumətinin işini iflic edib

  13
09:40 12-01-2019
Şriftin ölçüsünü dəyiş  

ABŞ hökuməti maliyyə ayrılmadığı üçün artıq 22 gündür ki, qismən işləmir.

 

Paralel.az xarici KİV-ə istinadən xəbər verir ki, “şatdaun” adını alan bu proses prezidentlə Konqres arasında Meksika sərhədində divarın tikintisi ilə bağlı yaranmış fikir ayrılığından doğur. Proses dekabrın 22-də başlayıb və nə vaxt bitəcəyi bilinmir.

 

Belə ki, Konqresin Nümayəndələr Palatası divarın tikintisi üçün lazım olan 5,7 milyard dolları ayırmaq istəmir. Nəticədə federal qurumların 25%-i maliyyə almadıqları üçün 800 min işçi maaşsız qalıb.

Buna qədər ölkə tarixində ən uzun “şatdaun” 1995-ci ilin 16 dekabrından 1996-cı ilin 5 yanvarına qədər (21 gün) davam etmişdi.  


Yazarlar