Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Ermənistanı yenidən etirazlar bürüdü

  13
00:40 12-01-2019
Şriftin ölçüsünü dəyiş  

Yanvarın 11-də Ermənistanda növbəti etiraz aksiyası keçirilib. Paralel.az xəbər verir ki, aksiya iştirakçıları general Manvel Qriqoryanın yenidən həbs olunmasını tələb ediblər.

Ermənistan mediasının məlumatına görə, aksiyaçılar hava limanına aparan yolu kəsiblər və 21 dekabrda girov müqabilində sərbəst buraxılmış generalın həbsxanaya qaytarılmasını tələb ediblər.

 

Məlumatda deyilir ki, gecə saatlarınadək yol bağlı saxlanılıb.

 

M.Qriqoryanın həbsdən buraxılmasından xəbərsiz olduğunu deyən Nikol Paşinyan məsələ ilə maraqlanacağını bildirmişdi. Baş Prokurorluq isə məhkəmə qərarından apellyasiya şikayəti verib. 19 iyun 2018-ci ildə qanunsuz olaraq külli miqdarda silah saxlamaqda və mənimsəmədə ittiham olunaraq həbsə atılan erməni generalın rüşvət müqabilində azadlığa çıxdığı barədə iddialar var. Bundan əvvəl Eçmiədzində anoloji tələblərlə aksiyalar keçirilmişdi.


Yazarlar