Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Maliyyə Nazirliyindən QHT-lərə XƏBƏRDARLIQ

  12
22:15 11-01-2019
Şriftin ölçüsünü dəyiş  

Azərbaycan Maliyyə Nazirliyi qeyri-hökumət təşkilatlarına müraciət edib. Paralel.az nazirliyə istinadən xəbər verir ki, “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikası Qanununun 29.4-cü maddəsinə əsasən, qeyri-hökumət təşkilatları illik maliyyə hesabatlarını aprel ayının 1-dən gec olmayaraq Maliyyə Nazirliyinə təqdim etməlidirlər.

 

“Qeyri-hökumət təşkilatlarının illik maliyyə hesabatının forması, məzmunu və təqdim edilməsi Qaydası” Nazirlər Kabinetinin 25 dekabr 2009-cu il tarixli 201 nömrəli Qərarı ilə təsdiq edilib.

 

Həmin qərara əsasən qeyri-hökumət təşkilatlarının maliyyə hesabatları aşağıdakılardan ibarət olmaqla müəyyən edilib:

 

- Maliyyə vəziyyəti haqqında;

- Maliyyə fəaliyyətinin nəticələri haqqında hesabat;

- Əhəmiyyətli uçot siyasəti və izahlı qeydlər.

 

Eyni zamanda, maliyyə fəaliyyətinin olmaması barədə ayrıca arayış forması təsdiq edilib və QHT-nin maliyyə fəaliyyəti olmadığı təqdirdə, yalnız həmin forma doldurularaq Maliyyə Nazirliyinə təqdim edilməlidir.

 

Bundan başqa, Maliyyə Nazirliyi tərəfindən qeyri-hökumət təşkilatlarından illik maliyyə hesabatlarının elektron şəkildə alınması məqsədilə Qeyri-hökumət təşkilatların elektron hesabatlılıq Proqramı hazırlanıb. www.qht-hesabat.maliyye.gov.az sayt vasitəsilə qeydiyyatdan keçərək elektron hesabatı təqdim etmək olar.


Yazarlar