Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Azər Həsrət Rövşən Hacıyevin ittihamına ittihamla cavab verdi: "hakimiyyətilə bağlı qapılar arxasında alver etdiniz"

  58
19:45 11-01-2019
Şriftin ölçüsünü dəyiş  

 Paralel.az xəbər verir ki, tanınmış jurnalist, Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü Azər Həsrət "Azadlıq" qəzetinin redaktoru Rövşən Hacıyevin ona yönəlmiş ittihamlarına facebook səhifəsində cavab verib:

Azər Həsrət: "Rövşən bəy, yaşlandıqca, deyəsən sənin də yaddaşın qarışır və qarabasmaların olur. Mənim İbrahim bəylə həyatda heç bir zaman problemim olmayıb. İbrahim bəylə kəsişən yolum da olmayıb ki, yola getməyək. Bunu hardan uydurursan? İkincisi də, mən çörəyə heç bir zaman möhtac olmadım, olan da deyiləm. Bilirsən, niyə? Səndən fərqli olaraq zəkam, dünya görüşüm və əlaqələrim mənim evdə oturduğum yerdə çörək qazanmağıma imkan verir. Nə sizinlə dost olanda, nə də indi kimsədən asılı olmadım, kimsənin də əlinə baxmadım. Buyur, xatırla görüm "Azadlıq"da oturanda mənə bir qəpik faydanız dəyibmi? Əksinə, mən imkan olanda sizin binadakı otağıma görə icarə haqqı verirdim, bütün avadanlığım qəzetin ixtiyarında idi, ehtiyac olanda istifadə üçün.

Üstəlik də mən 1999-dan 2005-in sonuna kimi o qəzetdən bir qəpik pul almadım. Halbuki ən fəal yazarlardan idim. Bütün bunları necə unudar, adamın arxasınca necə yalanlar uydurarsınız? Ayıb deyilmi? Arada az-çox sayğı saxlamağa çalışırıq, onu da yerə vurmayın. Siz hələ də anlamırsınızmı ki, Azər Həsrət çörək üçün deyil, doğru bildiyi üçün mövqe tutar? İndi həyatda bir səhv etdik, sizin arxasınca hələ də süründüyünüz fırıldaqçıları səmimi siyasət adamları sandıq, dəstək verdik. Onlar da bizdən və imkanlarımızdan vicdansızcasına istifadə etdilər, Azərbaycan hakimiyyətilə bağlı qapılar arxasında alver etdilər, cici-bacı oldular, bizi satdılar. Nə etməliydik bunu biləndə? Hələ də sizin arxanızca sürünməliydikmi?

Biz, dövlət adamıyıq, dövlətimizin faydası üçün harda lazımsa, orda da durarıq. Bunu anlamaq istəmirsinizsə, öz işinizdir. Amma mənə və İbrahim bəyə əsla böhtan atmayın. Nə İbrahim bəy, nə də mən bir-birimizlə problem yaşayacaq adamlar deyilik. Bizim qarşılıqlı sayğımız var, güvənimiz var. Hə, aramıza su səpmək fikriniz varsa, başqa məsələ. Sizi indidən əmin edirəm: boşuna zaman xərcləyirsiniz."

Yazarlar