Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Osman Gunduz: "innovativ inkişaf və startaplar sahəsində koordinasiyanın təmin edilməsi haqqında Sərəncam kifayət qədər əhəmiyyətli bir sənəddir"

  47
18:56 15-01-2019
Şriftin ölçüsünü dəyiş  

Ölkəmizdə son zamalar İTK ilə bağlı mühüm tədbirlər həyata keçirilir. Bununla əlaqədar olaraq Osman Qunduzun facebook səhifəsində yerləşdirdiyi yazıların önəmli olduğunu nəzərə alıb, oxuculara təqdim edirik.

Dünən Prezident innovasiyalarla bağlı Sərəncam verib. Və bütün qurumlara da tapşırılıb ki, bu sahənin inkişafı ilə əlaqəli məsul şəxslər müəyyən etsinlər, tədbirlər planı hazırlasınlar, bu sahəyə vəsaitlər ayırsınlar və s.
İlk cavab da Azercell-dən gəldi. 
Zamanında ölkənin ən innovativ qurumu olan Azercell “dövlətləşəndən” sonra , innovativ xidmətlər üzərində çalışmaq, bazara yeni xidmətlər və layihələr təqdim etmək əvəzinə çox “innovativ” bir addım atıb. 
Qurum SMS xidmətinin qiymətini qaldırıb. 
Bəli, xidmət də “innovativdir” , verilən qərar isə daha “innovativdir”

Prezident innovativ inkişaf və startaplar sahəsində koordinasiyanın təmin edilməsi haqqında Sərəncam imzalayıb. 
Gözlənilən və kifayət qədər əhəmiyyətli bir sənəddir. 
Yeri gəlmişkən, bəlkə də bəziləri koordinasiyanın ayrı bir quruma veriləcəyini gözləyirdi 
Amma Prezident adətən gözlənilməz gedişlər edir . Məntiqlə də, əgər bir müddət öncə Administrasiyada müvafiq şöbə yaradılmışdırsa, onda təbii ki bunun ardı da gəlməliydi.
Beləliklə də, bu Sərəncamla innovasiya və startaplar sahəsində koordinasiya səlahiyyətləri birbaşa Prezident Administrasiyasına verildi. Düşünürəm ki, bu, startap ekosistemdə vəziyyəti xeyli dəyişəcək. 
Həmçinin adı çəkilən sənəddə bütün qurumlarda bu sahə ilə əlaqəli məsul şəxslərin müəyyən edilməsi nəzərdə tutulub.

Azərbaycan və Türkmənistan arasında Xəzər dənizinin dibi ilə fiber-optik kabel magistralının çəkilməsi çox əhəmiyyətli bir məsələdir. Bunun bizim üçün çox böyük faydası var .
Bu regionun bazarında telekommunikasiya xidmətləri ilə əlaqəli uzun müddətdir ki böyük dövlətlərin ( Rusiya, Çin və s.) maraqları da var. 
Məhz həm də bu səbəbdəndir ki BMT-nin 3 dəstək qətnaməsi olmasına baxmayaraq 10 ildir ki TASİM realllaşa bilmir. Hətta bir müddət tam unudulmuşdu. Son dövrlərdə bu sahədə bir qədər fəallıq olsa da heç bir konkret irəliləyiş əldə olunmayıb. Əvvəllərdə bu istiqamətdə cəhdlər olub və uğursuz nəticələnib.
İndi birdən- birə Türkmənistana doğru magistarlın çəkilməsi və hətta oradan da Əfqanıstana internet sata biləıcəyimizlə bağlı məsələnin yenidən gündəmə gəlməsi çox maraqlıdır.
Yeri gəlmişkən, bizim 2 magistral provayderimiz də bu regiona telekommunikasiya və internet xidmətləri çıxarmaqda çox maraqlıydılar və bu istiqamətdə konkret işlər və nəticələr də ortada var.
Qəribədir ki , NRYTN-nin dünənki görüşlə bağlı rəsmi açıqlamasında TASİM –in adı çəkilməyib 

Bu il NRYTN üçün, indiki səlahiyyətlər, vəzifələr və struktur baxımından bir Nazirlik olaraq sonuncu il də ola bilər. 
Belə ki, Strateji Yol Xəritəsinə görə növbəti ildə İKT sektorunda müstəqil tənzimləyici qurum –Milli Telekommunikasiya Şurası yaradılmalıdır.
Hələlik bu istiqamətdə hansı işlərin görüldüyü, hansı tənzimləyici modelin seçiləcəyi haqqında heç bir açıqlama
verilməyib.
Məlum olduğu kimi indiki anda Nazirlik həm dövlət idarəetməsi, həm kommersiya və həm də tənzimləyici funksiyanı həyata keçirir

Züleyxa Əsədli

Yazarlar