Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

“Mançester Siti” Premyer Liqada ilk məğlubiyyətini aldı

  16
02:00 09-12-2018
Şriftin ölçüsünü dəyiş  

İngiltərə Premyer Liqasının şəriksiz lideri “Mançester Siti” komandası dekabrın 8-də cari mövsümdə çempionatda ilk dəfə məğlubiyyətlə üzləşib.

Modern.az xəbər verir ki, çempionatın 16-cı turunda səfərdə “Çelsi” ilə qarşılaşan “şəhərlilər” 0:2 hesabı ilə uduzaraq liderliyi əldən veriblər.

Beləliklə, “Mançester Siti”nin cari mövsümdəki 15 oyunluq məğlubiyyətsizlik seriyasına son qoyulub.

Bu məğlubiyyətdən sonra “Mançester Siti” liderliyi əldən verib. Hazırda turnir cədvəlinə bu gün “Bournemouth”u səfərdə 4:0 hesabı ilə məğlub edən “Liverpul” başçılıq edir. “Liverpul”un aktivində 42, “Mançester Siti”nin isə 41 xalı var.

Gün ərzində oynanılan digər görüşlərdə aşağıdakı nəticələr qeydə alınıb:

“Arsenal” – “Haddersfild” - 1:0;

“Börnli” – “Brayton” - 1:0;

“Kardif” – “Sauthempton” - 1:0;

“Mançester Yunayted” – “Fulhem” - 4:1;

“Vest Hem” – “Kristal Palas” - 3:2.

 


Yazarlar