Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Erməni əlində olan əsir və girov azərbaycanlılar - Yeni STATİSTİKA -  29 uşaq, 98 qadın, 604 hərbçi  

  14
01:00 09-12-2018
Şriftin ölçüsünü dəyiş  

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında Ermənistan-Azərbaycan münaqişəsi nəticəsində itkin düşmüş şəxs kimi qeydə alınanlarların sayı 7 dekabr 2018-ci il tarixinə 3888 nəfərdir.

Dövlət Komissiyasının İşçi qrupundan Modern.az saytına verilən məlumata görə,  rəsmi qeydiyyatından keçən itkin düşmüş şəxslərdən hərbçilərin sayı 3170 nəfər, mülki şəxslərin sayı 718  nəfərdir. Ümumilikdə itkinlərin 3622  nəfərini kişilər, 266  nəfərini qadınlar təşkil edir.

İtkin kimi qeydə alınmış mülki şəxslərdən uşaqlar 71 nəfər, qadınlar 266 nəfər, qocalar 326 nəfərdir.

 

Haqqında Dövlət Komissiyasına əsir-girov götürülməsi barədə məlumatlar daxil olmuş şəxslər isə hazırda 871 nəfər təşkil edir.  Bunlardan 773-ü kişilər, 98-i qadınlardır.

Əsir-girov götürüldüyü bildirilən şəxslərin 604 nəfəri hərbçi, 267 nəfəri mülki şəxsdir.

Əsir-girov olan mülki şəxslərin 29 nəfəri uşaqlar, 98 nəfəri qadınlar, 112 nəfəri qocalardır.


7 dekabr 2018-ci il tarixinə olan məlumata görə, əsir və girovluqdan azad edilmiş şəxslər 1483 nəfər olub. Onlardan hərbçilər 365 nəfər, mülki şəxslər 1118 nəfər təşkil edib.

Əsir və girovluqdan azad edilmiş mülki şəxslərin  226-sı uşaqlar,  364-ü qadınlar,  225-i qocalar olub.

 

A.Qorxmaz


Yazarlar