Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Nadir Adilovun yeni kitabının imza günü keçirilib - FOTOLAR +

  13
00:15 09-12-2018
Şriftin ölçüsünü dəyiş  

Soyuq əllər – isti ürək xeyriyyə yarmarkasında “Məqsədlisən?!” və “Gəncsən? Başla” kitablarının imza günü keçirilib.

Modern.az musavat.com-a istinadən xəbər verir ki, imza gününə gənclərlə yanaşı, müxtəlif ictimai şəxslər, ziyalılar da qatılıblar.

Dr. Dosent Nadir Adilov bildirib ki, hər iki kitab gənclərin şəxsi və işgüzar inkişafı sahəsində yazılan əsərdir:

"Kitablar çox qısa zamanda gənclər arasında populyarlıq qazanıb və ən çox satılan kitablar sırasına daxil ola bilib. Məqsədlisən?! kitabını işgüzar inkişaf etməyi qarşısına məqsəd qoyan yüzlərlə “ağıllı” tələbə və eyni zamanda yüzlərlə bəhanələrə malik olan məqsədsiz “yaxşı” tələbələr üçün yazdım. Bu səbəbdən də kitabı yazarkən, çoxlu ağıllı və yaxşı tələbə oğlan və qızla müzakirələr apardım. Kitabın siqnal versiyasını oxuyan və hər iki kateqoriyanı təmsil edən gənclərlə də müzakirələr aparmaq imkanım oldu. Hər iki kateqoriyanı təmsil edən, məqsədli və məqsədsiz gənclər mənim üçün çox qiymətlidir, onları çox sevirəm. Bu gənclərin fikirləri mənim üçün həmişə xüsusi önəm daşıyıb. İstər məqsədsiz “yaxşı” olsun, istərsə də məqsədli “ağıllı”, bu gəncləri çox sevirəm. Hər zaman hesab etmişəm ki, bizədək və bizdən sonrakı bütün əsrlərin yeni trendləri həmin dövrün gəncləri olub və bundan sonra da belə olacaq. Gənclər ictimai rəydir, gənclər tələbdir. Elə bir tələb ki, gərək bizlər bütün təklifləri bu tələblərə uyğunlaşdıra bilək. Gəncləri öz dövrümüzə çəkib aparmaq əvəzinə, onları daha məqsədli işıqlı sabahlara motivasiya edək".

N. Adilov kitabın oxucularına müraciət edərək bildirib:

"Əziz gənc dostum, bu kitabda səni şərti olaraq iki qrupdan birinin təmsilçisi kimi qeyd etdim: yaxşı oğlanlar, yaxşı qızlar və ağıllı oğlanlar, ağıllı qızlar. Amma hansı qrupun yaxşı və ya pis olduğunu sənə demək fikrim yoxdur. Bu kitabı oxuyub bitirdikdən sonra özün qərar verəcəksən ki, hansı qrupa aidsən. Bu barədə mənə də yazarsan: [email protected] ünvanına. 
Kitabda hər qrupu təmsil edən bir nümunə verdim. Necə ki, yaxşı oğlan var, yaxşı da qız var, necə ki, ağıllı qız var, ağıllı da oğlan var. Beləliklə, yaxşı oğlanlar və yaxşı qızları yaxşı oğlan olan Fərid, ağıllı oğlanları və ağıllı qızları isə ağıllı qız Fəridə təmsil edir". 

N.Adilov söyləyib ki, qarşıdan gələn Yeni il bayramı və eyni zamanda 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibəti ilə, Korporativ Sosial Məsuliyət prinsplərinə uyğun olaraq istedadlı gənclər və tələbələrə kitabların tərəfdaş qrumlar tərəfindən alınaraq hədiyyə edilməsi planalaşdırlır:

"Kitabla bağlı çox maraqlı bir aksiya da keçirlir. İmza günləri də daxil olmaqla təşkil ediləcək aksiyada ucqar dağ kəndlərinin şagirdlərinə Yeni İl və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibəti ilə kitablar alınaraq hədiyyə edilir. Ucaqar dağ kəndlərində yeniyetmə və gənclərin şəxsi və fərdi inkişafına dəstək məqəsədi ilə oxucular və tərəfdaşlar tərəfindən alınan bu kitablar Parlament Jurnalistlər Birliyi, www.azedu.az Azərbaycan təhsil portalı, www.facebook.com/eduaz/ - "Azərbaycan Universiteteləri” facebook səhifəsi, www.edumap.az təhsil portal tərəfindən ucqar bölgələrə çatdırlacaq".







Yazarlar