Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

“Qalatasaray” doğma meydanda xal itirdi

  16
23:35 08-12-2018
Şriftin ölçüsünü dəyiş  

Türkiyə Superliqasında 15-ci turun oyunları davam edir.

Modern.az xəbər verir ki, dekabrın 8-də turun 3 qarşılaşma baş tutub. Çempionluğa iddialılardan "Qalatasaray" xal itirib. Komanda doğma meydanda "Rizespor"la bərabərə qalıb – 2:2.

Günün digər oyunlarında isə "Trabzonspor" evdə "Konyaspor"u 3:0, "Sivasspor" isə "Göztepe"ni 2:0 hesabı ilə məğlub edib. Tura sabah və birigün keçiriləcək matçlarla yekun vurulacaq.

Qeyd edək ki, hazırda turnir cədvəlinə 30 xalla "Başakşəhər" başçılıq edir. İkinci pillədəki "Kasımpaşa"nın 26 xalı var. Eyni - 25 xala malik "Beşiktaş" 3-cü, "Trabzonspor" 4-cü, "Qalatasaray" isə 5-cidir.

 


Yazarlar