Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Burnunda heroin daşıyan şəxs saxlanıldı

  12
13:40 08-12-2018
Şriftin ölçüsünü dəyiş  

Cənub Ərazi Baş Gömrük İdarəsinin Astara gömrük postunda İran İslam Respublikasından piyada yolla gələn Azərbaycan Respublikası vətəndaşı saxlanılıb və şifahi sorğu-sual edildikdən sonra üzərində şəxsi yoxlama aparılıb.

Dövlət Gömrük Komitəsindən Modern.az-a verilən məlumata görə, şəxsi yoxlama nəticəsində üzərində gömrük nəzarətindən gizlədilən hər hansı əşya aşkar edilməyən şəxsə daxili orqanlarının tibbi müayinədən keçirilməsi zərurətinin yarandığı bildirilib. Bu zaman gömrükçülərin şübhələri təsdiqini tapıb və həmin şəxs burnunda narkotik vasitə gizlətdiyini etiraf edib. Yoxlama zamanı həmin şəxsin burnundan, qablaşdırma ilə birlikdə ümumi çəkisi 1,15 qram narkotik vasitə - heroin aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Yazarlar