Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Parisdə “sarı jiletli”lərin etirazı başladı - FOTOLAR +

  11
13:30 08-12-2018
Şriftin ölçüsünü dəyiş  

Fransanın paytaxtı Paris şəhərində etiraz aksiyaları davam edir.

 

Modern.az saytının xarici KİV-ə istinadən məlumatına görə, etirazlar  başlamazdan əvvəl səhər saatlarında 228-dən çox etirazçı saxlanılıb.

 

Polisin məlumatına görə, etirazçılar qrup halında zorakılıq tətbiq etmək və ya ziyan vurmaq fəaliyyətinə hazırlaşmaqda ittiham edilərək tutulub.

Bildirilib ki, saxlanılarkən 34 nəfərin üzərində maska və çəkic aşkar edilib.

 

Bununla yanaşı, “sarı jiletli”lərin etiraz aksiyası başlayıb.

 

Aksiya iştirakçıları “Qələbə”, “Ulduz” meydanları və Yelisey çölü istiqamətində hərəkət edir.

 

Qeyd edək ki, noyabrın 17-dən Fransada avtomobil yanacaqlarının qiymətlərinin bahalaşacağına qarşı etiraz aksiyası keçirilir.


Yazarlar