Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

“Özbək İsveçrəsi” avropalıların maraq dairəsində

  11
00:35 08-12-2018
Şriftin ölçüsünü dəyiş  

Britaniyanın "Telegraph" qəzeti Özbəksitanda qış turizmi üçün salınan yeni mərkəzdən söz açır. Modern.az xəbər verir ki, "Özbək İsveçrəsi" adlanan mərkəzin tikintisinə 100 milyon avrodan artıq vəsait xərclənib. Mərkəzin açılışına cəmi iki həftə qalıb.

 

Ancaq indi məlum olub ki, mərkəzin fəaliyyətində ciddi problemlər olacaq. Çünki mərkəzə gedən yollar bərbad gündədir və torpaq sürüşmələri həmin yolları tez-tez sıradan çıxarır. Bundan başqa, 900 hektar ərazini əhatə edən mərkəzin elektriklə təminatında da müəyyən problemlər var.

 

Mərkəzdəki ən yüksək dağ zirvəsi dəniz səviyyəsindən 2.350 metr yüksəklikdədir. Orada xizək sürmək, kanat gəzintisinə çıxmaq mümkündür. Qərb şirkətlərinin dəstəyi ilə yerli şərait nəzərə alınmaqla hotellər, restoranlar və digər obyektlər tikilib.

 

Bütün çətinliklərə baxmayaraq "Özbək İsveçrəsi" dağ-xizək kompleksi vasitəsi ilə avropalı turistləri Özbəkistana cəlb edə biləcəyinə əmindir. Burada qiymətlərin ciddi şəkildə ucuz olması və kompleksin yerləşdiyi ərazinin təbii gözəlliyi xüsusi rol oynayacaq.

 


Yazarlar