Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Bakıda sərnişin avtobusu aşdı: 8 yaralı

  13
21:55 07-12-2018
Şriftin ölçüsünü dəyiş  

Bir qədər əvvəl Bakı-Sumqayıt yolunda 20 yanvar dairəsi istiqamətində 119 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən 10TG174 DQN-lı avtobus qəzaya uğrayıb.

Bu barədə Modern.az-a Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev məlumat verib.

 

M.Ağayev bildirib ki,  hadisə ilə bağlı məlumat daxil olan kimi Bakı Nəqliyyat Agentliyinin əməkdaşları hadisə yerinə yollanıb:

"İlkin araşdırmalar nəticəsində və şahidlərin bildirdiyinə görə, hadisə minik avtomobilinin qəfildən avtobusun qarşısına çıxması səbəbindən baş verib. Hadisənin dəqiq başvermə səbəbi müvafiq qurumların araşdırmasından sonra məlum olacaq".

 

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən isə bildirilib ki, hadisə yerinə dərhal 3 təcili yardım maşını yollanıb. Qəza nəticəsində yaralanan  2 nəfər Respublika Klinik Xəstəxanasına, 6 nəfər isə Klinik Tibbi Mərkəzə aparılıb.


Yazarlar