Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Bakı metrosunda oğlan qızı vurub qatardan platformaya saldı

  11
21:25 07-12-2018
Şriftin ölçüsünü dəyiş  

Dünən metronun “Nizami” stansiyasında sərnişinlər arasında dava olub. Modern.az xəbər verir ki, bu barədə oxu.az-a “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.

 

O bildirib ki, hadisə axşam saatlarında qeydə alınıb: “Metronun “Nizami” stansiyasında bir oğlan qızı vuraraq qatardan platformaya itələyib. Hadisənin təfərrüatı barədə məlumatımız yoxdur. Hadisə zamanı polis əməkdaşları vəziyyətə müdaxilə edib. Şikayət səbəbindən hadisənin görüntüləri əsasında polis bu məsələni araşdırır. Araşdırma bitdikdən sonra yekun açıqlama veriləcək".


Yazarlar