Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

ABŞ səfirliyi Bako Saakyanın Vaşinqton “səfər”inə qiymət verdi

  14
21:02 07-12-2018
Şriftin ölçüsünü dəyiş  

Qarabağ Komitəsinin Dağlıq Qarabağdakı qondarma rejimin “rəhbəri” Bako Saakyanın Amerika Birləşmiş Ştatlarına “səfəri” ilə bağlı ABŞ səfirliyinə göndərdiyi etiraz məktubuna bu ölkənin Azərbaycandakı müvəqqəti işlər vəkili Uilyam R.Qil cavab verib.

Qarabağ Komitəsindən Modern.az-a verilən məlumata görə, cavab məktubunda göstərilib:

“Bako Saakyanın Birləşmiş Ştatlara səfəri barədə məktub göndərməyinizi dəyərləndirirəm. Birləşmiş Ştatlar Dağlıq Qarabağdakı de-fakto rejimi və Dağlıq Qarabağı təmsil etdiyini iddia edən şəxslərin statusunu tanımır. Birləşmiş Ştatlar tərəflərə Dağlıq Qarabağ münaqişəsinin dinc yolla və uzunmüddətli həllinə nail olmaqda kömək etmək üçün ATƏT-in Minsk Qrupu prosesini dəstəkləyir. Birləşmiş Ştatlar Minsk Qrupunun həmsədrlərindən biri kimi Helsinki Yekun Aktının əsas prinsipləri - güc tətbiq etməmək və güc tətbiq etməklə bağlı təhdid etməmək, ərazi bütövlüyü, habelə xalqların bərabər hüququ və öz müqəddəratını təyin etməsi əsasında danışıqlar yolu ilə tənzimləmə istiqamətində işləməyə davam edəcəkdir. Bizim tanımama siyasətimizdə dəyişiklik yoxdur. Birləşmiş Ştatlar Azərbaycanın güclü, müstəqil, çiçəklənən və demokratik ölkə kimi gələcək inkişafını dəstəkləməyə sadiq qalır”.

Yazarlar