Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Abşeronda evə silahlı basqın edildi

  10
20:35 07-12-2018
Şriftin ölçüsünü dəyiş  

Abşeron rayonunda qadının evinə basqın edilib. Modern.az  “Trend”ə istinadən xəbər verir ki, hadisə rayonun Hökməli qəsəbəsi, Xəqani küçəsində baş verib.

 

Naməlum şəxs dekabrın 6-da gecə saat 4 radələrində Xəqani küçəsi 7 saylı ünvanda Ələsgərova Səbinə Asif qızına məxsus evə daxil olaraq qadını yatdığı yerdə bıçaqla hədələyib və qızıl-zinət əşyalarını tələb edib.

 

Faktla bağlı Abşeron rayon Polis İdarəsində cinayət işi başlayıb.


Yazarlar