Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

“Azərbaycanla Avropa İttifaqı arasında danışıqlar səmərəli olub” – Səfir

  12
20:30 07-12-2018
Şriftin ölçüsünü dəyiş  

Azərbaycan ilə Avropa İttifaqı arasında yeni sazişə dair danışıqların növbəti mərhələsinin gələn il yanvarında Brüsseldə keçirilməsi nəzərdə tutulur. Modern.az xəbər verir ki, 2019-cu ilin yanvar ayında Avropa İttifaqı ilə Azərbaycan siyasət, təhlükəsizlik və ticarət məsələlərinə dair dialoqu davam etdirəcəklər.

 

Jurnalistlərə açıqlama verən  Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Kestutis Yankauskas bildirib ki, dekabrın 4-dən 6-dək Bakıda keçirilən Azərbaycan ilə Avropa İttifaqı arasında yeni sazişə dair danışıqlar səmərəli olub.

 

Səfir qeyd edib ki, Avropa İttifaqının yetərincə geniş tərkibli nümayəndə heyətinin Bakıya gəlməsi Avropa İttifaqının Azərbaycan ilə saziş bağlamaq niyyətinin ciddiliyinə dəlalət edir.


Yazarlar