Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

İŞİD-də döyüşməyə çağırış edənlər cəzalandırıldı

  13
20:25 07-12-2018
Şriftin ölçüsünü dəyiş  

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə Suriyada qanunsuz silahlı birləşmələrdə döyüşməkdə təqsirləndirilən şəxslərin məhkəməsi yekunlaşıb. Modern.az xəbər verir ki, məhkəmə qarşısında Emin Quliyev, Asim Baxışov və Teyfur Əliverdiyev cavab verib.

İttihama görə, təqsirləndirilən şəxslər Suriya və İraqda qanunsuz birləşmələrin tərkibində döyüşüb, hərbi təlimlər keçiblər.

 

Emin Quliyev mütəmadi olaraq sosial şəbəkələrdə azərbaycanlıları Suriyada İŞİD-in tərəfində döyüşməyə çağırıb.

Məhkəmənin hökmü ilə Emin Quliyev 13 il, Asim Baxışov və Teyfur Əliverdiyevin hər biri 9 il müddətinə azadlıqdan məhrum ediliblər.


Yazarlar