Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Nazirlikdən şaxta babadan hədiyyə istəyən şagirdlə bağlı AÇIQLAMA

  13
19:10 07-12-2018
Şriftin ölçüsünü dəyiş  

Təhsil Nazirliyi 11 yaşlı Tufanın Şaxta Babaya məktubu barədə açıqlama verib.

Modern.az-ın  məlumatına görə, nazirliyin informasiya şöbəsinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bu barədə sosial şəbəkədə məlumat yayıb:

“Sosial şəbəkələrdə və saytlarda Masallının Bədəlan kəndindən olan, hər iki valideynini itirmiş 11 yaşlı Tufanın Şaxta babaya məktubu yayılıb. Bununla bağlı bildirmək istəyirəm ki, Əşrəfov Tufan Bağır oğlu Masallının Dəmirçi kənd ümumi orta məktəbinin 7-ci sinif şagirdidir. Özü Bədəlan kəndindəndir.

Məktəbdən verilən məlumata görə, nümunəvi şagirddir, dərslərini yaxşı oxuyur. Tufan dayısının və babasının himayəsində yaşayır. Təhsil Nazirliyi Yeni il ərəfəsində Tufanı ziyarət edəcək və öz sovqatı ilə onu sevindirəcək”.


Yazarlar