Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Dəhşətli zəlzələdə 33 azərbaycanlı da ölmüşdü

  11
16:05 07-12-2018
Şriftin ölçüsünü dəyiş  

7 dekabr 1988-ci il... Həmin tarixdə Ermənistanın şimalında - əzəli Azərbaycan torpaqlarında 7 bal gücündə dağıdıcı zəlzələ baş vermişdi. Episentri Spitak şəhəri olan zəlzələ zamanı 25 mindən artıq adam həlak olmuş, 170 min nəfər xəsarət almış, 16 min nəfər isə dağıntılar altından çıxarılmışdı. Zəlzələdən sonra ilk olaraq Ermənistana Azərbaycan yardım əlini uzatmışdı.

7 bal gücündəki dəhşətli zəlzələ rəsmi rəqəmlərə görə, 19 min nəfər şikəst qalmasına, 500 min sakinin evsiz qalmasına gətirib çıxardı.

Bu, həmin vaxtlar idi ki, Ermənistan ölkədə yaşayan azərbaycanlıları kütləvi deportasiya edirdi.

O zamanlar kütləvi deportasiyaya məruz qalan azərbaycanlıların başına min bir oyun açılırdı.

Azərbaycanlıların yaşadıqları evlərə basqın edilir, onlara işgəncə verilirdi.

Məhz o günlərdə soydaşlarımızın Spitakdan qovulması necə deyərlər, onların bir növ “xoşbəxtliyi” idi. Çünki zəlzələ baş verəndə artıq o bölgədə azərbaycanlı lap az qalmışdı. .

Modern.az saytının məlumatına görə, Spitak zəlzələsinun qurbanları arasında azərbaycanlıların da olması haqda çox az yazılıb. Elə ona görə də bu faktın bir faktın üzərindən sakitcə keçmək olmaz.

Məsələ burasındadır ki, bəli, həmin dəhşətli zəlzələdə azərbaycanlılar da ölüb.


Britaniyalı jurnalist Tomas De Vaal  “Qarabağ: Azərbaycan və Ermənistan sülh və savaş yollarında” adlı kitabında zəlzələdə azərbaycanlıların öldüyünü qeyd edib.

Tomas De Vaalın araşdırmasına görə, SSSİ-nin daxili işlər naziri Vadim Bakatin 1988-ci ilin sonunda kütləvi deportasiyaların qarşısmı almaq niyyəti ilə Ermənistan və Azərbaycana səfər edib.

Bakatin öz memuarlarında yazıb ki, Ermənistanın Spitak şəhərinin yaxınlığında qorxu içində olan azərbaycanlıları və Azərbaycanın Kirovabad (Gəncə) şəhərində vahiməyə düşən erməniləri görüb.

Azərbaycanlılar Bakatindən kömək istəyiblər, nazir isə onları müdafiə etmək iqtidarında deyilmiş.


Bakatin hər iki respublikada Daxili İşlər nazirliklərinin rəhbərlərinə həmin insanları mühafizə etməyi tapşırıb.

“Lakin milis işçilərinin standart bəyanatlarından görünürdü ki, onlara arxalanmaq olmazdı: Yerli rəhbərlik bütün ittihamları rədd edirdi və hər şeyi qaydasına salmağa söz verirdi, lakin mən artıq inanmırdım ki, onlar bir şey edəcəklər. Orada mənim nazir kimi etibar etdiyim bir neçə nəfər qalmışdı. Axı hamını işdən çıxarmaq mümkün deyil”-deyə Bakatin memuarlarında yazıb.


Azərbaycanlıların sürgün edilməsində SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin (DTK) və Ermənistanın Kommunist Partiyasının rəhbərlərinin birgə əli olduğu da bəllidir.

Məsələn, 1988-ci il noyabrın 27-də DTK rəsmilərindən biri, milis rəisi və yerli partiya rəhbəri Ermənistanın şimalındakı Spitak rayonunun Saral və Guraslı kəndlərinə gedib azərbaycanlı sakinlərə "iki həftə ərzində rədd olun!” deyə əmr ediblər.

Azərbaycanlılar etiraz edəndə, silahlı dəstələrin basqınına məruz qalıblar.


“Ardınca məmurlar qayıdıb, azərbaycanlıları hədələyərək öz tələblərini təkrar etdilər. Bu şəraitdə kənd sakinləri özləri ilə ən vacib şeyləri götürüb avtobuslarda yola düşdülər. Ancaq yolda maşın karvanına atəş açıldı və nəticədə üç nəfər həlak oldu”-deyə Tomas De Vaal yazıb.


Analitikin fikrincə, fələk elə oynadı ki, Spitak rayonundan qovulan azərbaycanlılar, faktiki olaraq, bir neçə gün sonra baş vermiş Spitak zəlzələsindən xilas oldular.

“Dekabrın 7-də baş vermiş zəlzələ nəticəsində 33 azərbaycanlı dünyasını dəyişdi. Əgər onların əksəriyyəti deportasiyaya məruz qalmasaydı, azərbaycanlılar arasında itkilər daha çox olardı”-deyə Tomas De Vaal bildirib.


Yazarlar