Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Məmmədyarov ATƏT-in media azadlığı üzrə nümayəndəsi ilə görüşdü

  10
13:55 07-12-2018
Şriftin ölçüsünü dəyiş  

Milanda ATƏT Nazirlər Şurasının 25-ci iclasında iştirak edən Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ATƏT-in media azadlığı üzrə nümayəndəsi Harlem Dezir ilə görüşüb.

 

XİN-dən Modern.az-a verilən məlumata görə, görüş zamanı ATƏT-in ifadə və media azadlığı üzrə öhdəlikləri, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər əsas danışıq mövzusu olub. ATƏT-in media azadlığı üzrə nümayəndəsi ilə iki ölkə arasında mövcud əməkdaşlıq münasibətlərinin perspektivləri üzrə fikir mübadiləsi aparılıb və bu istiqamətdə atıla biləcək mümkün addımlar müzakirə olunub.

 

Tərəflər arasında, həmçinin yeni texnologiya vasitələrinin media və ifadə azadlığı üzrə inkişafa təsiri ətrafında fikir mübadiləsi aparılıb. Azərbaycanda media və ifadə azadlığı üzrə inkişafa toxunan nazir Elmar Məmmədyarov ölkə əhalisinin 80%-nin internet istifadəçisi olduğunu vurğulayıb.


Yazarlar