Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Yol qəzasında yaralanan şagird və valideynlərin vəziyyəti normaldır

  11
13:50 07-12-2018
Şriftin ölçüsünü dəyiş  

Avtobusun qəzaya uğraması nəticəsində xəsarət alan şagirdlər və onların valideynlərinin hazırkı vəziyyəti barədə Səhiyyə Nazirliyindən açıqlama verilib.

 

Modern.az xəbər verir ki, nazirliyin məlumatına əsasən iki böyük və iki azyaşlı olmaqla dörd nəfər 1 saylı Şəhər Kliniki Xəstəxanasına yerləşdirilib.

 

Xəstələrin vəziyyəti normaldır, ağır travma, sınıq qeydə alınmayıb. Onların bu gün nəzarətdə saxlanıldıqdan sonra sabah evə buraxılması nəzərdə tutulur.

 

Qeyd edək ki, dekabrın 7-də saat 07:45 radələrində məktəbliləri daşıyan avtobus paytaxtın Qobu qəsəbəsindən şəhər istiqamətində hərəkətdə olarkən qəzaya uğrayıb.

 

Nəticədə avtobusda olan Binəqədi rayonundakı 217 nömrəli tam orta məktəbin 2 şagirdi və 2 valideyn xəstəxanaya yerləşdirilib.


Yazarlar