Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Komitə sədri: “Zatulinin addımı Rusiyanın rəsmi dairələrinə uğursuz cavab cəhdidir”

  13
12:35 07-12-2018
Şriftin ölçüsünü dəyiş  

“Bu gün Azərbaycan tarixində mühüm günlərdən biridir. Dekabrın 7-də Parlamentin fəaliyyətə başlamasından 100 il ötür. Hörmətli sədr, sizin rəhbərliyiniz ilə Parlamentin 100 illiyi möhtəşəm şəkildə qeyd edildi, hələ də bu tədbirlər davam etməkdədir”.

 

Modern.az-ın məlumatına görə, bunu Milli Məclisin Hüquq siyasəti dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli parlamentin bu gün keçirilən iclasında deyib.

 

Rusiya Dövlət Dumasının üzvü Konstantin Zatulinin İrəvanda “Lazerev klub”unun iclasında Azərbaycana qarşı səsləndirdiyi fikirlərə münasibətini bildirən komitə sədri söyləyib ki, Azərbaycanla Rusiya arasında münasibətlər bütün sahələr üzrə inkişaf etməkdədir:

 

“Son zamanlar Rusiyanın elitasının üzvləri, siyasətçilər, diplomatlar, hərbi ekspertləri Azərbaycanda olub və Dağlıq Qarabağın Azərbaycanın tarixi torpaqları olduğu haqqında fikirlər söyləyiblər. Lakin Zatulinin addımı Rusiyanın rəsmi dairələrinə uğursuz cavab cəhdidir”.

 

Ə. Hüseynli qeyd edib ki, Azərbaycan-Rusiya münasibətlərinə xələl gətirmək mümkün deyil:

 

“Zatulinin bu addımı Ermənistanla Rusiya arasında soyuq münasibətlərə neqativ ruh verməkdən başqa bir şey deyil”.

 

“Lazerev klubu”nda siyasi korrupsiyaya qoşulmuş ekspertlərin təmsil olunduğunu deyən deputat söyləyib ki, İrəvanada keçirilən iclas Rusiyanın rəsmi mövqeyi deyil:

 

 “Amma rəsmi Bakı bununla bağlı fikirlərini bildirir və bu addıma qarşı öz narazılığını ifadə edir. Uzun illərdir ki, Zatulin erməni lobbiçiliyə ilə məşğul olur. O sıravı deputat olsa idi, bizi narahat etməzdir. Lakin Dumada təmsilçiliyini nəzərə alsaq, belə halların baş verməsi qəbuledilməzdir. Hazırda hər iki ölkənin siyasətlərinə uyğun olaraq parlament münasibətləri yüksələn xətlə inkişaf edir. Bu baxımdan Rusiya Dövlət Dumasına müraciət göndərilməlidir. Bu, belə davam edə bilməz”.

 


Yazarlar