Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

6 mindən çox istehlaçının işıq problemi həll olundu

  12
12:10 07-12-2018
Şriftin ölçüsünü dəyiş  

Abşeron rayonu Masazır və Məhəmmədi qəsəbələrində, eləcə də Xırdalan şəhərinin bəzi hissələrində əvvəllər yaranmış qısa fasilələr tam aradan götürülərək, istehlakçılar dayanıqlı və keyfiyyətli elektrik enejisi ilə tam təmin olunub.

 

Bu barədə “Azərişıq” ASC-nin mətbuat xidmətindən Modern.az-a verilən məlumatda bildirilib.

Masazır və Məhəmmədi qəsəbələrinin əhali istehlakçı qruplarının elektrik enerjisi təchizatının dayanıqlı və keyfiyyətli olması ilə əlaqədar yeni inşa olunmuş 35/10 kV-luq “Məhəmmədi” və “Masazır” yarımstansiyalarından adıçəkilən qəsəbələrin əlaqələndirici xəttləri yeniləndi: “Əhali istehlakçı qrupları qeyri-əhali istehlakçı qruplarından ayrılaraq  24 saatlıq dayanıqlı fasiləsiz elektrik enerjisi təchizatı ilə təmin olundular”.

Bu ərazilərdə hava şəraiti imkan verdikcə son aylarda əlaqələndirici xəttlər yenilənərək 400-ə yaxın dayaqlar dəmir beton dayaqlarla əvəzlənib. Hava elektrik verilişi xəttləri yeraltı kabel xəttlərlə və xüsusən, özünü daşıyan izolyasiya kabel xəttləri ilə əvəzlənib. Məhəmmədi qəsəbəsinin 2 mindən çox, Masazır qəsəbəsinin isə 4 mindən çox istehlakçıları dayanıqlı və keyfiyyərli elektrik enerjisi ilə təmin olunublar.
Yeni Saray,Mehdiabad və Ceyranbatan qəsəbələrində də yeni inşa olunmuş 35 kV-luq yarımstansiyalardan əlaqələndirici xəttlər yenilənir və nəticədə əvvəllər yaranmış qısa fasilələr tam aradan götürüləcək, istehlakçılar dayanıqlı və keyfiyyətli elektrik enejisi ilə tam təmin olunacaq.

 

 


Yazarlar