Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Qobuda şagirdlər qəzaya DÜŞDÜ- 4 nəfər yaralandı

  17
12:05 07-12-2018
Şriftin ölçüsünü dəyiş  

Dekabrın 7-də saat 07:45 radələrində Qobu qəsəbəsindən şəhər istiqamətində gələn yolda baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində 217 nömrəli tam orta məktəbin şagirdlərinin də olduğu avtobus qəzaya uğrayıb.

 

217 nömrəli tam orta məktəbdən Modern.az-a verilən məlumata görə, qəza zamanı nəqliyyat vasitəsində 10 şagird və bir neçə valideyn olub.

 

Onlardan 2-si şagird və 2 valideyn daha ciddi xəsarət aldığı üçün təcili xəstəxanaya yerləşdirilib.

 

1 şagird və 1 valideynə ilkin tibbi yardım göstərilərək evə buraxılıb.

 

Qəza zamanı xəsarət alanlar 1 saylı Şəhər Klinik Xəstaxanasına və Respublika Klinik Xəstəxanasına yerləşdirilib.

 

Onu da qeyd edək ki, nəqliyyat vasitəsi valideynlərin təşəbbüsü ilə Qobu qəsəbəsindən 217 nömrəli tam orta məktəbə şagirdlərin aparılıb-gətirilməsi üçün sifariş olunub. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən aldığımız məlumata görə, İdarənin əməkdaşları xəstəxanada olub, xəsarət almış şagirdlərin vəziyyəti ilə maraqlanıblar.

 

Aparılan araşdırmanın nəticələrinə uyğun olaraq, əlavə məlumat veriləcək. 


Yazarlar