Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Əməliyyatdan çıxan Qənirə Paşayeva Bakıya qayıtdı  

  13
10:35 07-12-2018
Şriftin ölçüsünü dəyiş  

Bir neçə gün öncə Türkiyədə əməliyyat olunan millət vəkili Qənirə Paşayeva artıq Bakıdadır.

Bu barədə Modern.az saytına deputatın əmisi Qəzənfər Paşayev məlumat verib.

O, saytımıza açıqlamasında Qənirə xanımın vəziyyətinin yaxşı olduğunu söyləyib:

“Qənirə qızımız şükürlər olsun ki, yaxşıdır. Bildiyiniz kimi 10 gündən çox olardı ki, səhhətində yaranan problemlə bağlı Türkiyədə sinir əməliyyatı keçirmişdi. İndi səhhətində hər şey qaydasındadır”.

Qəzənfər Paşayev "millət vəkili nə vaxt ölkəyə qayıdacaq" sualına cavab olaraq Qənirə Paşayevanın artıq Bakıda olduğunu da bildirib.

Qənirə Paşayeva qollarında meydana gələn karpal tünel narahatlığı səbəbilə Türkiyənin Memorial Şişli Xəstaxanasında əməliyyat olunub.


Yazarlar