Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Polis qıcolmadan əziyyət çəkən şəxsi xilas etdi

  13
09:50 07-12-2018
Şriftin ölçüsünü dəyiş  

“Polis əməkdaşları dövlətimizə və xalqa sədaqətlidirlər. Bu sədaqət, bu amal bizi daha firavan və təhlükəsiz günlərin, gözəl gələcəyin gözlədiyinə bir işarədir”.

 

Modern.az saytının məlumatıına görə, Polisin nümunəvi xidməti və xilaskar fəaliyyəti ilə bağlı yazılan təşəkkür məktublarından birindəki bu cümlələr diqqəti çəkir. Sanki xüsusi bir hiss-həyəcan vardı orda. Cəlilabad şəhər sakini Qaçay Əhmədov şahidi olduğu bir hadisəni, polis əməkdaşının insanlara necə qayğı və həssaslıqla yanaşdığını yazırdı.

 

23 noyabr 2018-ci tarixində Cəlilabad şəhəri ərazisindəki marketlərdən birində çalışan xanımda qəfildən qıcolma baş verir və yerə yıxılır.

 

Bu hal ətrafdakılar arasında çaşqınlığın artmasına səbəb olur və vaxt ötsə də oradakı heç kim nə etmək lazım olduğunu bilmir. İşdən sonra alış-veriş üçün marketə daxil olan Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin rəisi, polis mayoru Şaiq Ağayev artan səs-küyü eşidərək ora yaxınlaşır və vaxt itirməyərək tənəffüsün bərpası üçün xanıma ilkin tibbi yardım göstərir. Nəticədə qız özünə gəlir.

 

Məktub müəllifi deyir ki, həmin polis əməkdaşına təşəkkürümü bildirəndə cavabında sadəcə “insanlıq borcumdur”-dedi.

 

Təbii ki, bu hadisə bir daha Azərbaycan Polisinin ali dəyərlərə sədaqət göstərərək cinayətkarlığa qarşı mübarizədə və ictimai asayişin qorunmasında, baş vermiş cinayətlərin açılmasında olduğu kimi vətəndaşların qayğılarına və düşdükləri çətin anda onlara kömək göstərilməsində də daim ayıq-sayıq olduğundan xəbər verir. Məktubda adı çəkilən polis mayoru Şaiq Ağayev xidməti vəzifələrini yerinə yetirərkən qanunvericiliyin tələblərini rəhbər tutan, peşəkarlığı və çalışdığı sahədə nümunəvi fəaliyyəti ilə seçilən əməkdaşlardandır. Söhbət zamanı bildirdi ki, ətrafda baş verən hər bir hadisəyə biganə olmamalıyıq, insanların qayğılarında, düşdükləri çətinlikdə onlara yardımçı olmaq, ətrafdakılara qarşı daim səmimi münasibət göstərmək hər birimizin borcudur. Azərbaycan Polisi adını şərəflə daşımaq üçün bundan sonra da əlimdən gələni edəcəyəm.


Yazarlar