Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

“Cümhuriyyəti İli”nə həsr olunmuş sərgi keçirilib +

  12
09:15 07-12-2018
Şriftin ölçüsünü dəyiş  

Yeni Azərbaycan Partiyasının Yasamal rayon təşkilatı və Azərbaycan Rəssamlar İttifaqının dəstəyi ilə “Azərbaycan Xalq Cümhuriyyəti ili”nə həsr olunmuş “Mən fəxr edirəm ki Azərbaycanlıyam!” adlı sərgi keçirilib.
Modern.az-ın məlumatına görə, layihə rəhbəri Elnurə İsgəndərova, təşkilatçısı isə Aygün İsgəndərova olan tədbirə təsviri sənətin bütün növləri üzrə 100-dən çox rəssam 150-dən çox əl işi ilə qatılıb. Tədbirdə müxtəlif yaş qrupunda rəssamlar iştirak edib.

Tədbirdə çıxış edən layihə rəhbəri Elnurə İsgəndərova sərginin məqsədi barədə danışıb.
Daha sonra çıxış edən Aygün İsgəndərova tədbirdə iştirak edən gənc rəssamların əl işləri haqqında məlumat verək iştirakçılara uğurlar arzulayıb.
Qonaqları salamlayan Yeni Azərbaycan Partiyasının Yasamal Rayon Təşkilatının sədri Tağı Əhmədov Azərbaycan Xalq Cümhuriyyəti İlinə həsr olunmuş belə sərgilərin keçirilməsinin zəruriyini vurğulayaraq,  AXC dövründə Azərbaycanın qazandığı uğurlardan danışıb.
Tədbir sonunda sərgiyə qatılan iştirakçılar diplomlarla təltif olunublar.

 


Yazarlar