Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Məktəbli avtobusu qəzaya uğradı

  20
01:30 07-12-2018
Şriftin ölçüsünü dəyiş  

ABŞ-da məktəbli avtobusu qəzaya uğrayıb. Modern.az xəbər verir ki, Bluminqton şəhərində məktəblilərdən ibarət basketbol komandasının üzvlərini daşıyan avtobus qəzaya düşüb.

"Report" "NBC Chicago" telekanalına istinadən xəbər verir ki, bu barədə İllinoys ştatının polisi məlumat yayıb.

Bildirilir ki, məktəbli qızlardan ibarət avtobus Bluminqtonda yük avtomobili ilə toqquşub. Qəza zamanı yük avtomobilinin 34 yaşlı sürücüsü və məktəbliləri müşayiət edən 72 yaşlı bələdçi ölüblər. Hadisə nəticəsində həmçinin 8 məktəbli müxtəlif dərəcəli xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Hadisə zamanı habelə avtobusun sürücüsü də xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti barədə məlumat verilmir.

Məlumata görə, qəzaya yük atvomobilinin sürücüsünün səhlənkarlığı səbəb olub. Belə ki, o, idarə etdiyi avtomobillə yolun əks tərəfinin xəttinə çıxıb və bu zaman avtobusla toqquşub.


Yazarlar