Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Azərbaycan nefti bir qədər də bahalaşdı

  17
00:00 07-12-2018
Şriftin ölçüsünü dəyiş  

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti dekabrın 5-də 64,06 dollar/barel təşkil edib ki, bu da çərşənbə axşamına olan göstəricidən 0,2 dollar/barel çoxdur. Modern.az xəbər verir ki, bu barədə “Trend”ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

 

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti dekabrın 5-də 62,79 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,2 dollar/barel çoxdur.

 

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti dekabrın 5-də 58,8 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,06 dollar/barel çoxdur.

 

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti dekabrın 5-də 61,26 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,18 dollar/barel çoxdur.


Yazarlar