Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Roma Papası ilk dəfə Birləşmiş Ərəb Əmirliklərinə səfər edəcək

  13
19:45 06-12-2018
Şriftin ölçüsünü dəyiş  

Roma Papası Fransisk Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) rəhbərinin dəvəti ilə 2019-cu ilin fevralında ilk dəfə bu ölkəyə səfər edəcək.

 

Modern.az AZƏRTAC-a  istinadən xəbər verir ki, bu barədə Əbu-Dabinin vəliəhd şahzadəsi özünün “Twitter” mikrobloqunda yazıb. O qeyd edib ki, BƏƏ-də sülhün, dözümlülüyün və tolerantlığın simvolu olan Papa Fransiskin tarixi səfərini səbirsizliklə gözləyirlər. Şahzadənin fikrincə, bu səfər xalqların sülh şəraitində dinc yanaşı yaşaması səyləri üzrə dialoqa şərait yaradacaq.

Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti və Baş naziri, Dubay Əmiri Şeyx Məhəmməd bin Rəşid Al Məktum da özünün “Twitter” hesabındakı səhifəsində Roma Katolik Kilsəsi başçısının ölkəyə səfəri xəbərini məmnunluqla qarşıladığını yazıb. O qeyd edib ki, bu səfər ikitərəfli əlaqələri və qarşılıqlı anlaşmanı möhkəmlədəcək, konfessiyalararası dialoqu gücləndirəcək, xalqlar arasında sülhün dəstəklənməsinə və möhkəmlənməsinə kömək edəcək.

Bildirilir ki, BƏƏ ilə Vatikan arasında diplomatik münasibətlər 2007-ci ildə qurulub. 2010-cu ildə Hissa Al Otayban BƏƏ-nin Vatikanda ilk səfiri təyin edilib.

KİV-lərin məlumatına görə, pontifikin BƏƏ-yə səfəri fevralın 3-5-də nəzərdə tutulub. Roma Katolik Kilsəsinin başçısı “İnsanların qardaşlığı” mövzusunda keçirilən Beynəlxalq dinlərarası görüşdə iştirak edəcək.


Yazarlar