Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Keçmiş “KQB” agenti: “Naxçıvanda idim, yeganə çıxış yolu...” - FOTOLAR

  28
12:30 06-12-2018
Şriftin ölçüsünü dəyiş  

Rusiya prezidentinin Şimali Qafqaz Federal Dairəsi üzrə səlahiyyətli nümayəndəsi, ölkənin Milli Qəhrəmanı, general-leytenant Aleksandr Motovnikov TASS agentliyinə müsahibəsində keçdiyi döyüş yolundan danışıb.

 

Modern.az saytının məlumatına görə, Motovnikov bildirib ki, o, əvvəlcə Əfqanıstan müharibəsində iştirak edib.

 

Bildirib ki, Əfqanıstanın şimalındakı, Türkmənistanla və Tacikistanla sərhəd bölgələri olan Şibarqan və Feyzaabadda döyüşüb.

 

“Biz orada sərhəd qoşunlarının operativ bölmələrinin nəzarəti altında işləyirdik. Onlar Dövlət Təhlükəsizlik Komitəsinin  (DTK) xeyrinə spesifik məsələləri həll edirdilər.

 

Həmçinin bizlərlə, yəni kəşfiyyatçılarla görüşürdülər. Pusquda dururdular, silahlarla və narkotiklərlə dolu karvanları yaxalayırdılar”-deyə Motovnikov qeyd edib.

 

Əfqanıstanda çox çətin şərtlər altında xidmət etdiyini deyən kəşfiyyatçı söyləyib ki, mütəmadi idmanla məşğul olması, çox qaçması, yüksək dözümü ona kömək edib.

 

O, Naxçıvanda təcrübə keçdiyini də bildirib:

 

“Bir sərhədçi üçün idman etmək, yüksək dözüm normaldır. Mən dördüncü kursda olanda Naxçıvanda təlim keçirdim, orada zastavanın rəis müavini idim. Orada sərhəd Bakı-Tehran dəmir yolu xətti boyunca keçirdi. Və onun yaxınlığında nəzarət buraxılış məntəqəsi yerləşirdi. Fövqəladə hadisələr zamanı dəmir yolu xətti üzərində hərəkət yeganə çıxış yolu idi. Cinahlar arasında məsafə 10-20 kilometr idi”.

 

Motovnikov onu da qeyd edib ki, SSRİ rəhbəri Mixail Qorbaçovu Nyu Yorka BMT Baş Assambleyasında çıxış etməyə gedərkən onu müşayiət ediblər.

 

Xatırladıb ki, 1988-cu ilin 7 dekabrında Ermənistanda qorxunc zəlzələ olub.

 

“Biz Birləşmiş Ştatlardan Bakıya uçduq, çünki Yerevandakı Zvartnos aeroportunun enmə zolağı zərər görmüşdü və təyyarələri qəbul edə bilmirdi. Spitakdakı və Leninakandakı (indiki Gümrü) dağıntılar dəhşətli idi. Zərər çəkmiş rayonlara Britaniyanın o vaxtkı baş naziri Marqaret Tetçer gəlmişdi. Onun təhlükəsizliyini biz təmin edirdik.

 

1989-cu ildə Zaqafqaziyada dramatik hadisələr özünün pik nöqtəsinə çatdı. Milli zəmində münaqişələr alovlandı – Tiflisdə, Bakıda və Yerevanda. O zaman mən Dövlət Təhlükəsizlik Komitəsinin sferasına daxil olan məsələlərin həllində iştirak edirdim”-deyə qeyd edib.

 

Aleksandr Motovnikov 1965-ci ildə anadan olub. O, 1980-ci illərdə DTK-nın 7-ci idarəsinin katibliyinin rəis müavini vəzifəsində işləyib.

 

O, 1986-cı ildə DTK-nın Voroşilov adına yüksək səviyyəli hərbi-siyasi məktəbini bitirib, sonra “Alfa” xidmətinə daxil olub. Bir çox əməliyyatlara rəhbərlik edib.

 

Hazırkı vəzifəsinə 2018-ci ilin iyunun 26-da təyin edilib. 2018-ci ilin 3 iyulundan isə Rusiya Təhlükəsizlik Şurasının üzvüdür.


Yazarlar