Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Azərbaycanda Universitet tələbəsi dəm qazından boğuldu

  14
11:25 06-12-2018
Şriftin ölçüsünü dəyiş  

Astarada 18 yaşlı tələbə dəm qazından zəhərlənərək vəfat edib.

Modern.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, 2000-ci il təvəllüdlü, Astara rayon sakini İbrahimzadə Leyla İlşat qızı hamamda çimərkən dəm qazından zəhərlənib. 

Belə ki, Lənkəran Dövlət Universitetinin tələbəsi olan L. İbrahimzadə ötən gün bacısı  Roza İbrahimzadənin evinə gedib. Bu zaman bədbəxt hadisə baş verib.  

Rayon prokurorluğunun əməkdaşları tərəfindən əməliyyat-istintaq qrupunun üzvləri ilə birlikdə hadisə yerinə baxış keçirilib. Meyitin müayinə olunması üçün ekspertiza təyin edilib. 

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.


Yazarlar