Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Azərbaycan nefti bahalaşdı

  15
00:00 06-12-2018
Şriftin ölçüsünü dəyiş  

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti dekabrın 4-də 63,86 dollar/barel təşkil edib ki, bu da bazar ertəsinə olan göstəricidən 0,63 dollar/barel çoxdur. Modern.az xəbər verir ki, bu barədə “Trend”ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

 

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti dekabrın 4-də 62,59 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,63 dollar/barel çoxdur.

 

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti dekabrın 4-də 58,74 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,76 dollar/barel çoxdur.

 

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti dekabrın 4-də 61,08 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,73 dollar/barel çoxdur.


Yazarlar