Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Dünyanın siyasi xəritəsini dəyişən anlaşma

  15
23:00 10-11-2018
Şriftin ölçüsünü dəyiş  

10 milyonu mülkü şəxs olmaqla təxminən 20 milyon insanın həyatını itirdiyi I Dünya müharibəsinin başa çatmasından 100 il keçir. Modern.az xəbər verir ki, döyüşün qalibi Müttəfiq Dövlətlər ilə Almaniya arasında 11 noyabr 1918-ci il saat 11.00-da (on birinci ayın on birinci gününün on birinci saatı) imzalanan atəşkəs razılaşmasını 16 müqavilə təqib edib. Bu 16 müqavilə arasında yalnız Osmanlı Dövləti ilə imzalanan “Sevr” müqaviləsi öz etibarlılığını itirib.

 I Dünya Müharibəsini başa çatdıran əsas müqavilələr aşağıdakılardır:

 

Brest-Litovsk sülh müqaviləsi (3 mart 1918)

 

Müharibənin ilk razılığı İttifaq dövlətləri arasında atəşkəs elan edildikdən əvvəl imzalanıb. Saziş 1917-ci il oktyabr inqilabından sonra müharibədən çəkilən Rusiya ilə Almaniya, Osmanlı dövləti, Avstriya-Macarıstan və Bolqarıstan arasında imzalanıb.

Brest-Litovsk şəhərində imzalanan razılaşma ilə Rusiya qərb bölgəsinin böyük hissəsinə Almaniyaya verdi. Rusiya Baltikyanı ölkələri, Polşa və Finlandiyanı əhatə edən torpaqlarla bərabər nüfuzunun, yüzdə otuzundan imtina etdi.

 

Versal Sülh müqaviləsi

 

Versalda (Fransa) Antanta dövlətləri ilə Almaniya arasında 1919-cu il 28 iyunda imzalanmış, 1920-ci il 10 yanvarda qüvvəyə minmişdir. Almaniya məğlub dövlət olduğundan müqavilənin tərtib olunmasında iştiraka buraxılmamışdı. Müqavilənin nəticəsi olaraq, Alman ərazisinin yüzdə 15-i və əhalinin yüzdə 10-nu itirdi.  Müqavilə layihəsinin Paris Sülh Konfransında (1919-1920) Beşlər şurası (ABŞ, İngiltərə, İtaliya, Fransa, Yaponiya) tərəfindən tərtib olunmasına baxmayaraq, həlledici müqavilə imzalandıqdan sonra ABŞ senatı iki dəfə - 1919-cu ilin noyabrında və 1920-ci ilin martında müzakirələr keçirsə də, onu ratifikasiya etmədi. Buna səbəb isə V.Vilsonun təşəbbüsü ilə yaradılmış və ABŞ-ın dünyada aparıcı rolunu müəyyən etməli olan Millətlər Cəmiyyətində İngiltərə və Fransanın mövqeyinin üstünlüyü idi. Çin isə Şandunun Yaponiyaya verilməsinə etiraz edərək, müqaviləni imzalamadı. 1921-ci ilin avqustunda ABŞ Almaniya ilə ikitərəfli sülh müqaviləsi bağladı. Bu müqavilə Versal sülhü ilə eyni olsa da, burada Millətlər Cəmiyyəti barəsində maddələr yox idi.

 

Sen-Jermen sülh müqaviləsi

 

Avstriya-Macarıstanın hər iki hissəsi ilə aparılan sülh danışıqları onların hər biri ilə ayrı-ayrılıqda müqavilələrin imzalanması ilə nəticələndi. Bu sülh müqaviləsi hazırlanarkən ən mübahisəli məsələ Balkan yarımadası və və Dunay hövzəsi idi. Bu müqaviləyə əsasən Avstriya öz tərkibində olan malikanələrin hamısından əl çəkirdi. Avstriya ilə razılaşma 1919-cu il 10 sentyabrda Paris ətrafındakı Sen-Jermendə imzalandı. Bu razılaşmaya əsasən Avstriya Cənubi Tirolu və İstriyanı, Yuliyevsk-Kraynı,triyest əraziləri İtaliyaya verirdi. Avstriya ərazilərinin böyük hissəsi yeni qurulan üç dövlət - Çexoslovakiya, Polşa və Serb, Xorvat, Sloven Krallığı (sonralar Yuqoslaviya) arasında bölüşdürüldü. Sloveniya, Dolmasiya, Bosniya və Hertseqovina Serb, Xorvat, Sloven Krallığına verldi.

Avstriya Çexoslovakiyanın müstəqilliyini tanıyır. Çexoslovakiyaya verilən ərazilərdə əsasən avstriyalılar məskunlaşmışdı. Ümumilikdə, xüsusilə, Sudet vilayətində yaşayan əhali də daxil olmaqla Çexoslovakiya ərazində 3 milyondan çox alman dilli əhali oldu. Çexiya, eləcə də, keçmiş Avstriya əyalətləri olan Bogemiya və Moraviyaya bütünlüklə, Sileziyaya isə qismən sahib çıxdı.

Avstriyaya gələcəkdə Almaniya ilə birləşmək (anşülüs) qadağan olundu. Sen-Jermen müqaviləsinin 88-ci bəndi nə vaxtsa anşlüsün mümkünlüyünü istisna edirdi.

Avstriya ordusunun sayı 30 min nəfər əsgərlə məhdudlaşdırıldı. O, Adriatik dənizində və Dunay çayında donanma saxlamaq hüququndan məhrum edilirdi. Bundan başqa, Avstriya Respublikasına ağır silahlar və aviasiya saxlamaq qadağan olundu, dəniz və Dunay donanması onun əlindən alınıb müttəfiqlərə verildi.

Avstriya I Dünya müharibəsinə görə cavabdeh sayılsa da, dəyən ziyanın dəqiq həcmini ölçmək mümkün olmadığına görə o, təzminat ödəməkdən faktiki azad edildi. 1922-ci ildə isə Avstriyanın təzminat ödəməsi məsələsi birdəfəlik təxirə salındı.

Bu müqavilədən sonra Avstriya əhalisinin sayı 6 420 000 nəfər, ərazisi əsasən dağlıq olan kiçik dövlətə çevrildi. Ölkə əhalisinin 1/3-i Avstriya paytaxtı Vyanada yaşayırdı.

 

Neyi sülh müqaviləsi

 

Bolqarıstan, Müttəfiq dövlətlərlə Paris ətrafında Neyidə imzaladığı razılaşma ilə yeni yaranan Yuqoslaviya, Rumıniya və Yunanıstana torpaq vermək məcburiyyətində qaldı və Egey dənizi ilə əlaqəsini itirdi. Bolqarıstan dövlətinə hərbi məhdudiyyətlər verildi.

 

Trianon müqaviləsi

 

Versalda Birinci Dünya Müharibəsi qalibləri ilə müqavilə imzallayan Macarıstan öz ərazisinin üçdə ikisini itirdi. Müqavilədən sonra təxminən 3 milyon macar əksəriyyəti Rumıniyada olmaqla sərhəddən kənarda qaldı.

 

Sevr müqaviləsi

 

1920-ci il avqustun 10-da 14 dövlətin səlahiyyətli nümayəndəsi tərəfindən Sevrdə (Fransa) "Müttəfiq Dövlətlər və Türkiyə arasında sülh müqaviləsi" imzalandı. Müqavilə rəsmi olaraq de-yure Osmanlı imperiyasının bölüşdürülməsini, de-fakto isə Türkiyənin suverenliyini ləğv etdi. Bunadək Müttəfiq dövlətlərlə Almaniya arasında Versal müqaviləsi imzalanmışdı. Eyni zamanda, Fransa, Böyük Britaniya və İtaliya öz aralarında gizli "Üç tərəfli müqavilə" imzaladılar. 15 aydan çox davam edən açıq danışıqlar isə Paris Sülh Konfransında və London konfransında davam etdirilərək, 1920-ci ilin aprelində San-Remo konfransı ilə yekunlaşdı. Lakin hələ 1915-ci ildə Antanta dövlətləri Osmanlı İmperiyasının bölüşdürülməsi planı ətrafında məxfi danışıqlar aparırdılar. Müttəfiqlərin öz planlarını həyata keçirməsinə ən böyük maneə isə Mustafa Kamal Atatürkün başçılığı ilə Türk xalqının apardığı İstiqlal savaşı idi. Məhz Türkiyənin bir dövlət kimi dünyanın siyasi xəritəsindən silinməsini təsbit edən Sevr müqaviləsi M.K.Atatürk tərəfindən tanınmayaraq, onun 1923-cü ildə Lozanna müqaviləsi ilə əvəz olunmasına səbəb oldu.


Yazarlar