Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Ərdoğanın Fransaya səfəri başlayıb

  11
21:25 10-11-2018
Şriftin ölçüsünü dəyiş  

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Fransaya səfərə gedib.  Paralel.az xəbər verir ki, Türkiyə prezidentini Parisin “Charles də Gaulle” hava limanında Türkiyənin Parisdəki səfiri İsmayıl Haqqı Musa, UNESCO-un daimi nümayəndəsi səfir Ahmet Altay Cengizer, OECD-nin daimi nümayəndəsi səfir Erdem Basçı qarşılayıb.

 

Rəcəb Tayyib Ərdoğan Fransa prezidenti Emmanuel Makronun dəvəti ilə Birinci Dünya müharibəsini başa çatdıran atəşkəsin 100 illiyinə həsr olunan yubiley mərasimində iştirak edəcək.  İki günlük rəsmi səfər çərçivəsində çərçivəsində Ərdoğanın bir sıra ölkələrin liderləri ilə ikitərəfli danışıqlar aparması da gözlənilir.

 

Qeyd edək ki, Rəcəb Tayyib Ərdoğanla yanaşı, prezidentin həyat yoldaşı Əminə Ərdoğan, xarici işlər naziri Mövlud Çavuşoğlu və prezident spikeri İbrahim Qalın də Parisə gəlib.

 


Yazarlar