Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

İlham Əliyevin oğlu andiçmədə - FOTOLAR   +

  20
19:05 10-11-2018
Şriftin ölçüsünü dəyiş  

Noyabrın 10-da Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) N saylı hərbi hissəsində gənc əsgərlərin növbəti qrupu Vətənə sədaqət andı içib.

DTX-dən  Paralel.az-a verilən məlumata görə, gənc əsgərlərin Vətənə sədaqət andı içmələrinə həsr olunmuş növbəti təntənəli tədbirdə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub və dövlət himni səsləndirilib.

Daha sonra gənc əsgərlər təntənəli surətdə hərbi and içiblər.

Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-polkovnik Mədət Quliyev Ali Baş Komandan İlham Əliyevin adından hərbi hissənin şəxsi heyətini və valideynləri təbrik edib, zabit və əsgərlərə Vətəni müdafiə etmək kimi şərəfli və məsuliyyətli xidmətlərində uğurlar arzulayıb. Qarşıda ölkəmizin ərazi bütövlüyünün bərpası kimi ən mühüm vəzifənin durduğunu qeyd edən Mədət Quliyev vurğulayıb ki, bu məsələdə hər bir Azərbaycan vətəndaşı, o cümlədən Azərbaycan əsgəri üzərinə düşən vəzifələri yüksək səviyyədə icra etməyə borcludur.

Andiçmədən sonra Dövlət Təhlükəsizliyi Xidmətinin hərbi qulluqçuları və gənc əsgərlər hərbi marşın sədaları altında təntənəli surətdə tribuna önündən keçiblər.

Qeyd edək ki, DTX-də xidmət keçən Prezident İlham Əliyevin oğlu Heydər Əliyev də andiçmə mərasimində iştirak edib.

O, andiçmədən sonra hərbi qulluqçular və gənc əsgərlərlə birlikdə hərbi marşın sədaları altında təntənəli surətdə tribuna önündən keçib.

 


Yazarlar