Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Göygöldə iki maşın toqquşdu - ölən var

  13
17:45 10-11-2018
Şriftin ölçüsünü dəyiş  

Göygöl rayonunun Balçılı kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

DİN-dən Paralel.az-a verilən məlumata görə, noyabrın 9-da saat 20 radələrində Göygöl rayonunun Balçılı kəndi ərazisində Röyal Hacıyevin və Elməddin Abdullayevin idarə etdikləri “VAZ-2107” markalı avtomobillər toqquşub.

Nətiсədə R.Hacıyevin sərnişini, Qızılca kənd sakini Xalidə Bağırova hadisə yerində ölüb, E.Abdullayevin sərnişini Ruslan Məmmədov isə xəstəxanaya yerləşdirilib.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.


Yazarlar