Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Xanım karateçimiz dünya çempionu oldu

  11
17:30 10-11-2018
Şriftin ölçüsünü dəyiş  

Madriddə təşkil olunan çempionatda idmançımız 68 kiloqram çəki dərəcəsində yarışın final görüşündə rusiyalı Viktoriya İsayeva ilə qarşılaşıb.

 

Azərbaycan Milli Karate Federasiyasından Paralel.az-a verilən məlumata görə, rəqibinə qalib gələn İrina Zaretska dünya çempionatının qızıl medalını qazanıb.

 

Qeyd edək ki, bu gün milli komandamızın üzvü Rəfael Ağayev özbəkistanlı rəqibinə qalib gələrək bürünc medala sahib olub.

 

Olimpiadanın proqramına daxil edildikdən sonra ilk dünya çempionatına rekord sayda - 140 ölkədən 1147 idmançı, parakarateçilərin yarışında isə 33 ölkədən 100 atlet mübarizəyə qatılıb.

 

Azərbaycan karateçiləri fərdi kata və kumite yarışlarında, eləcə də komandaların kata və kumite və para-karate üzrə turnirdə çıxış edirlər. İdmançılarımız yalnız qadınlar arasında kata komandalarının yarışında tatamiyə çıxmayıb.


Yazarlar