Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Dövlət Komitəsinin nümayəndə heyəti ABŞ-a yola düşür

  25
16:00 10-11-2018
Şriftin ölçüsünü dəyiş  

Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Amerika Birləşmiş Ştatlarına səfərə yola düşür.

Bu haqda Paralel.az-a Komitədən bildirilib.

13-19 noyabr tarixlərini əhatə edəcək səfər proqramının əsas məqsədi Azərbaycan həqiqətlərinin təbliği, Qarabağ münaqişəsi, Xocalı faciəsi haqqında informasiyaların daha geniş yayılması, ölkəmiz və xalqımızın dəyərlərinin qorunması və yaşadılmasıdır.

Bu məqsədlə, səfər çərçivəsində Los-Anceles, Kaliforniya, Vaşinqton, Nyu-York şəhərlərində soydaşlarımız, Azərbaycan və digər dost xalqların diaspor təşkilatları ilə, bir sıra dövlət nümayəndələri və nüfuzlu şəxslərlə görüşlər, eləcə də soydaşlarımızın təşkil etdiyi müxtəlif mədəni tədbirlərdə iştirak nəzərdə tutulur.

Nümayəndə heyəti Corc Vaşinqton Universitetinin Tekstil muzeyində Azərbaycan mədəniyyəti günündə, “Azərbaycan Multikulturalizmi” adlı konsert proqramında və s. tədbirlərdə iştirak edəcək.

O cümlədən, səfər proqramına Dövlət Departamentində, Lənkəran Monterey Dostluq Assosiasiyasında, İsrail-Amerika Şurasında, Dünya Bankı və Beynəlxalq Valyuta Fondunda çalışan Azərbaycanlılar Assosiasiyasında, Beynəlxalq Miqrasiya Təşkilatının Vaşinqton nümayəndəliyində və s. görüşlər daxildir.


Yazarlar