Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

“Hər ailə ağac əksin” aksiyası bu rayonlarda davam etdiriləcək

  15
15:55 10-11-2018
Şriftin ölçüsünü dəyiş  

Dövlət başçısının yeni yaşıllıqların salınması ilə bağlı tövsiyə və tapşırıqlarına uyğun olaraq “Hər ailə ağac əksin” devizi altında Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən başlanan aksiya noyabrın 12-də tarixində Binəqədi rayonunda və Mehdiabad, Zığ, Qala qəsəbələrində davam etdiriləcək.

Nazirlikdən Paralel.az-a verilən məlumata görə, aksiya Binəqədi rayonu 99 nömrəli orta məktəbin və Mehdiabad qəsəbəsi icra nümayəndəliyinin qarşılarında saat 11:00-dan 13:00-dək, Zığ qəsəbəsində icra nümayəndəliyinin, Qalada isə Qala bələdiyəsinin qarşılarında saat 13:00-dan 15:00-dək keçiriləcək və vətəndaşlara müxtəlif cinsli ağac tingləri paylanılacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi hər kəsi ağac əkməyə və payız əkini kampaniyalarına qoşulmağa çağırır.

Yazarlar