Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Cüdoçumuz Özbəkistanda bürünc medal qazandı

  12
15:20 10-11-2018
Şriftin ölçüsünü dəyiş  

Özbəkistanın paytaxtı Daşkənddə cüdo üzrə Qran-Pri yarışları davam edir.

Azərbaycan Cüdo Federasiyasından Paralel.az-a verilən məlumata görə, beynəlxalq turnirin ilk günündə cüdoçumuz Nicat Şıxəlizadə bürünc medal qazanıb.

Turnirdə 66 kiloqram çəki dərəcəsində mübarizə aparan cüdoçumuz üçüncü yer uğrunda görüşdə Monqolustan idmançısı Altanşux Dovdonu məğlub edib.

Qeyd edək ki, Özbəkistan Qran-Prisində 47 ölkədən 349 cüdoçu qüvvəsini sınayır. Azərbaycanı Daşkənd turnirində 11 cüdoçu (8 oğlan, 3 qız) təmsil edir.


Yazarlar