Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Rusiyada vaxtilə Qarabağda vuruşmuş döyüşçülərin həbsləri başladı

  13
12:00 10-11-2018
Şriftin ölçüsünü dəyiş  

Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları Ryazanda E.N.O.T. təşkilatının bir neçə üzvünü yaxalayıblar.

 

Paralel.az xəbər verir ki, bu haqda Rusiyanın hüquq-mühafizə orqanlarındakı mənbə TASS agentliyinə açıqlayıb. 

 

Qeyd olunub ki, noyabrın 7-də Ryazanda FTX əməkdaşları E.N.O.T. özəl hərbi şirkətinin bir neçə iştirakçısını saxlayıblar. Əməliyyatda Xüsusi Çevik Reaksiya Bölməsinin (SOBR) əməkdaşları da iştirak edib. 

 

E.N.O.T. qruplaşmasının baş ideoloqu və qurucusu “İşıqlı Rus” millətçi hərəkatının lideri İqor Manquşevdir. O, həmfikirləri ilə birlikdə Ukrayna münaqişəsinin qızışdığı dövrdə Donbas könüllülərinin hərəkətlərinə rəsmi statusun verilməsin qaydasını düşünüb tapıb. E.N.O.T. mövcud olduğu dövr ərzində bir neçə hərbi əməliyyatda – Dağlıq Qarabağda (separatçıların tərəfində), Donbasda və Suriyada – iştirak edib.

 

Hüquq-mühafizə orqanları təşkilatın fəaliyyəti ilə onun sıralarına həddi-büluğa çatmamış yeniyetmələrin cəlb edilməsindən sonra maraqlanıblar.

 

Xüsusi düşərgələrdə yeniyetmələr silahdan atəş açma və partlayıcı qurğularla davranma biliklərinə yiyələnirmişlər. İlkin məlumatlara görə, E.N.O.T. qruplaşmasının həbs olunmuş üzvləri Rusiya Federasiyası Cinayət Məcəlləsinin 282-ci (“Düşmənçiliyin yayılması və ya insan ləyaqətinin təhqir edilməsi”) və 150-ci (“Həddi-büluğa çatmamış şəxslərin cinayətə sövq edilməsi”) maddələri ilə ittiham ediləcəklər.


Yazarlar