Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Yeni Müsavat” qəzetinin 29 yaşı tamam oldu  

  12
11:10 10-11-2018
Şriftin ölçüsünü dəyiş  

Bu gün ökənin ən çoxtirajlı qəzetləri sırasında yer alan “Yeni Müsavat”ın ad günüdür

Paralel.az-ın məlumatına görtə, çağdaş zamanımızın ən uzunömürlü qəzetlərindən olan “Yeni Müsavat”ın ilk sayının işıq üzü görməsindən 29 il ötür. Qəzet 1989-cu ilin noyabrın 7-də Azərbaycan Milli Demokrat Yeni Müsavat Partiyasının mətbu orqanı kimi yaradılıb.

Qəzetin qurucusu hazırkı baş redaktor Rauf Arifoğludur.
 
“Yeni Müsavat” qəzetinin ilk sayı 10 noyabr 1989-cu ildə çap olunub. 1989-cu ilin noyabrından 1991-ci ilin sentyabrınadək  “samizdat" üsulu ilə “Yeni Müsavat”ın 17 nömrəsini çıxıb.  Həmin illərdə “Yeni Müsavat” gizli və qeyri-formal nəşr olunub.

1993-cü ilin mart ayından qəzetin təsisçiliyini Müsavat Partiyasının başqanı İsa Qəmbər alıb.

2009-cu ilin noyabr ayının 8-də - qəzetin 20 illik yubileyində İsa Qəmbər təsisçiliyi Rauf Arifoğluna təhvil verib. Qəzetin 26 noyabr 2009-cu il tarixli sayında təsisçisi rəsmən dəyişib və “Yeni Müsavat” Rauf Arifoğlunun təsisçiliyi ilə işıq üzü görüb.

Həmkarlarımızı təbrik edir,  onlara bu qəzetin 100 illiyini qeyd etmələrini arzulayırıq.

  

 


Yazarlar