Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

ABŞ-ın ordu generalından Azərbaycanla bağlı mühüm AÇIQLAMA

  12
10:20 10-11-2018
Şriftin ölçüsünü dəyiş  

Ötən gün ABŞ Ordu generalı ABŞ Nəqliyyat Komandanlığının komandanı Stefen Layens Azərbaycan hökumətinin yüksək vəzifəli şəxsləri ilə görüşmək məqsədilə Bakıya səfər edib.

 

ABŞ-ın Azərbaycandakı səfirliyindən Paralel.az-a verilən məlumata görə, General Layens Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Azərbaycan Respublikası Silahlı Qüvvələri Baş Qərargahının rəisi, Müdafiə naziriin müavini general-polkovnik Nəcməddin Sadıkovla görüşüb.

 

Görüşdən sonra general Layens Ələt qəsəbəsində yerləşən Bakı Beynəlxalq Dəniz Ticarət Limanının çox sayda obyektləri ilə tanış olüb.

 

General Layens Azərbaycanın beynəlxalq təhlükəsizlik və terrorizmlə mübarizədə verdiyi töhfələrə, Əfqanıstan və daha geniş coğrafiyada təhlükəsiz və firavan gələcəyi təmin etmək üçün gördüyü vacib işə görə ABŞ-ın Azərbaycanı yüksək dəyərləndirdiyini bir daha qeyd edib.


Yazarlar