Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Qazaxıstan Xəzəryanı ölkələrlə turizm əməkdaşlığını gücləndirəcək

  10
00:00 10-11-2018
Şriftin ölçüsünü dəyiş  

Qazaxıstanın Peropavlovsk şəhərində Qazaxıstan və Rusiya regionlararası XV forumun plenar iclası keçirilib. Paralel.az "Azərtac"a istinadən xəbər verir ki, forum iki ölkə arasında turizmin inkişafında yeni yanaşmalar və tendensiyalara həsr olunub.

 

Qazaxıstan Prezidenti Nursultan Nazarbayev Xəzər dənizində qonşu ölkələrlə turizm sahəsində əməkdaşlığın genişləndirilməsinin vacibliyini, turizmin dünya iqtisadi böhran dövründə iqtisadi artım üçün bir vasitə olduğunu vurğulayıb.

 

Xəzər dənizində kruiz gəmilərinin yaradılmasını vacib sayan dövlət başçısı bildirib ki, qonşu ölkələr - Azərbaycan, Türkmənistan, İrana böyük turizm axını yarada bilərik. Xəzər dənizində əməkdaşlıq üçün infrastruktur yaratmaq, viza və miqrasiya rejimlərini sadələşdirmək lazımdır. Prezident, həmçinin, Qonşu ölkələrin artıq Xəzər dənizinin potensialını inkişaf etdirməyə başladığını, bir-birini tamamlayan infrastrukturun inkişafını gücləndirməyi, birgə səylərlə Baykonur kosmik start meydançalarında turizmin inkişafının lazım olduğunu da qeyd edib.


Yazarlar