Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

İki sərxoşun yolda yatması böyük tıxaca səbəb oldu

  11
22:30 09-11-2018
Şriftin ölçüsünü dəyiş  

Tovuz rayon "Avtovağzal"ı yaxınlığında, nəqliyyatın sıx hərəkətdə olduğu avtomobil yolunda bir müddət böyük tıxac yaranıb. Paralel.az "Report"a istinadən xəbər verir ki, buna şəxsiyyətləri hələ ki, məlum olmayan iki orta yaşlı kişinin sərxoş vəziyyətdə yolun ortasında yatmaları səbəb olub.

 

Bəzi avtomobil sürücüləri nəqliyyat vasitələrini saxlayaraq onları oradan çətinliklə uzaqlaşdırmağa çalışıblar. Vətəndaşlar tərəfindən yol kənarına gətirilən sərxoş şəxslər yenidən yola çıxaraq qəza şəraiti yaradıblar. Əraziyə "təcili tibbi yardım" briqadası çağırılıb. Hər iki şəxsə sakitləşdirici vurulduqdan sonra onlar xəstəxanaya aparılıb. Hazırda onların hər ikisinin vəziyyətinin normal olduğu bildirilir.

 

Faktla bağlı araşdırma aparılır.

 

Bundan əvvəl Bakının Babək prospektində təmirin vaxtında başa çatmaması sürücülərdə narazılıq yaradıb.

 


Yazarlar